Azərbaycan paytaxtında qətl törədilib. Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün saat 15.00 radələrində rayonun Həsən Əliyev küçəsində, “Kral” şadlıq evinin yaxınlığında qeydə alınıb. Bir qrup gənc arasında düşən dava sonda bıçaqlaşma ilə nəticələnib. Hadisə zamanı iki nəfər – 25 yaşlı Elman Hacıbabayev və 22 yaşlı İbrahim Yəhyayev ağır xəsarətlərlə xəstəxanaya aparılıblar. Ürəyindən xəsarət alan İ.Yahyayevi xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyəti isə ağır qiymətləndirilir.