Bakıda kütləvi dava

Bakıda kütləvi dava
Bütün Xəbərlər
11:26 05.02.2015
1317
Bakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə dünən saat 00.50-da 28 may küçəsində baş verib.Bakı şəhər sakinləri, 1980-cı il təvəllüdlü Tehran Hacıyev və 1986-cı il təvəllüdlü Rəşad Mustafayev bıçaqlanıb. Onlar ağır yaralı halda xəstəxanaya yerləşdiriliblər.Hadisə ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları əməliyyat keçirib.Keçirilən əməliyyat zamanı hər iki şəxsi bıçaqlayan şübhəli bilinən, Neftçala rayon sakinləri - 1993-cü il təvəllüdlü İlham Dadaşov, 1992-ci il təvəllüdlü Nurulla İsgəndərov, 1997-ci il təvəllüdlü Vüqar Soltanov və 1993-cü il təvəllüdlü Səmid Hüseynov müəyyən olunaraq tutulub.
OXŞAR XƏBƏRLƏR