Bakıda “Lada” “Prado”nu aşırtdı - FOTO

Bakıda “Lada” “Prado”nu aşırtdı - FOTO
Bütün Xəbərlər
12:55 08.07.2014
10956
Sürücülər xəsarət alıblar.
Bakıda ağır yol qəzası baş verib.
AZXEBER.COM xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə saat 11.45 radələrində paytaxtın Rüstəm Rüstəmov küçəsi ilə Məhsəti Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb.
“Toyota Prado” markalı, 99 EP 990 dövlət nömrə nişanlı avtomobil “Lada” markalı maşınla toqquşub. Zərbənin gücündən “Toyota Prado” aşıb. Nəticədə hər iki avtomobilin sürücüləri xəsarət alıb.
Hazırda Dövlət Yol Polisinin əməkdaşları hadisə yerində araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR