Bakıda ''Longines''ın 180 illiyi qeyd olunacaq

Bakıda
Bütün Xəbərlər
12:46 04.10.2012
872
Məşhur İsveçrə saat markası olan "Longines" şirkətinin 180 illiyi münasibətilə onun Azərbaycandakı rəsmi təmsilçisi VMF Şirkəti oktyabrın 4-də Opera və Balet Teatrında təntənəli gecə keçirəcək.
AZXEBER.COM-un məlumatına görə, təntənəli gecənin proqramı 2 hissədən ibarətdir. Birinci hissədə "Longines" şirkəti tərəfindən yubiley gecəsi üçün xüsusilə təqdim olunmuş tarixi muzey saatlarının sərgisi olacaq, sonra isə VMF şirkətinin baş direktoru Arzu Şahverdiyev və "Longines" şirkətinin bölgə satış meneceri Bastian Perret qonaqları salamlayacaq. Brendin yubileyi münasibətilə Fərhad Bədəlbəyliyə fəxri diplom təqdim olunacaq. Gecəni teatr truppasının ifasında sevginin iki ölməz tarixi “Leyli və Məcnun” və “Romeo və Cülyetta” davam etdirəcək. Bu axşam incəsənət pərəstişkarları sevgi və gözəllik dünyasına qərq olacaqlar.Qeyd edək ki, İsveçrənin kiçik Seynt-İme şəhərində "Longines" brendinin tarixi başlanğıcı olan saat istehsalının əsası 23 noyabr 1832-ci ildə qoyulub. Bu gün Longines aparıcı saat istehsalçısı olan “Swatch Group Ltd”-nin üzvüdür. Şirkət haqlı olaraq illər ərzində yüksək ustalığı, ənənələrə sadiqlik ruhunu, zərifliyə və texniki mükəmməlliyə dəyişməz istiqaməti ilə qürur duyur. Yüksək dəqiqliyə sahib olan "Longines" saatları dünya çempionatlarının və Beynəlxalq Gimnastika Federasiyasının, Avropa Gimnastika Birliyinin xronometristi kimi uzun illərin təcrübəsini qazanmışdır. "Longines" atçılıq idmanı, “Roland Garros” turnirinin, Beynəlxalq Xizəkçilik Federasiyası və Oxatma Federasiyasının rəsmi tərəfdaşıdır.Brendin qanadlarla haşiyələnmiş qum saatı şəkilli loqosu dünyada məşhurdur. Dünyanın 130-dan artıq ölkəsində "Longines" şirkətinin ticarət nümayəndəlikləri yerləşir.Azərbaycan bazarına bu brend 1998-ci ildə gətirilib və onun rəsmi təmsilçisi “ANS Qrup”a daxil olan VMF Şirkətidir. 2009-cu ildə paytaxtımızda monobrend "Longines" saat butiki açılıb. Zərif və mükəmməl dizaynına görə "Longines" saatları ölkəmizdə yüksək şöhrət qazanıb.2011-ci ildə VMF Şirkəti fəxrlə professor Fərhad Bədəlbəyliyə “Longines Şirkətinin Azərbaycandakı dostu” adına namizədliyini təklif etdi və bu təklif böyük hörmət və təşəkkürlə qarşılandı. Dünya arenasında isə məşhur aktyorlar – Saymon Beyker, Keyt Uinslet, Ayşvarya Ray, istedadlı tennisçi Stefani Qraf və dünyanın bir çox məşhur incəsənət xadimləri və idmançıları bu brendin simalarıdır.
OXŞAR XƏBƏRLƏR