Bakıda maaş ala bilməyən yüzlərlə insan nazirliyin qarşısına gəldi - FOTOLAR

Bakıda maaş ala bilməyən yüzlərlə insan nazirliyin qarşısına gəldi -  FOTOLAR
Bütün Xəbərlər
17:58 29.10.2015
2954

Bakıda "Azərinşaatservis" MMC-nin işçiləri Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qarşısında aksiyalarını davam etdiriblər.

5 aydır ki, maaş ala bilməyən işçilər evə qayətmaq üçün pul ala bilmədiklərini deyiblər.

Hazırda narazı işçilərdən iki nəfəri nazirliyin qəbul otağına dəvət edilib. Onların şikayətləri dinlənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən işçilərə bildirilib ki, onları gələn həftənin ikinci günü - noyabrın 3-də nazir Səlim Müslümov qəbul edəcək.

Bu barədə nazirlikdən narazı işçilərə noyabrın 2-də məlumat veriləcək və onlar nazirlə görüşə çağırılacaqlar.

Ancaq 5 aydır ki, maaş ala bilməyən işçilər bu vədlə razılaşmayıblar. Hazırda onlar Prezident Administrasiyasına doğru hərəkət etməyə çalışırlar.

Əraziyə göndərilən polis əməkdaşları narazı fəhlələrin ümuni kolon şəklində hərəkət etmələrinə icazə vermirlər.

OXŞAR XƏBƏRLƏR