Bakıda mağaza mühafizəçisinin əl-qolunu bağlayaraq oradan xeyli miqdarda pul apardılar
Bütün Xəbərlər
12:01 16.12.2011
1791
Azərbaycan paytaxtında mağazaya basqın olub. Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə saat 04.00 radələrində rayonun Xudu Məmmədov küçəsi-29 ünvanında yerləşən "Connect TV" şirkətinə məxsus mağazada qeydə alınıb. Mağazaya daxil olan üç naməlum şəxs orada mühafizəçi işləyən 30 yaşlı Rufiz Süleyman oğlu Axundzadənin əl-qolunu bağlayaraq dükandan 10 min manat miqdarında pulu götürərək hadisə yerindən qaçıblar.