Bakıda mağaza və obyektlər kütləvi şəkildə bağlanır - böhrana görə

Bakıda mağaza və obyektlər kütləvi şəkildə bağlanır - böhrana görə
Bütün Xəbərlər
00:49 16.10.2015
2997

Bir müddət əvvəl şəhərin mərkəzi küçələrində bir çox butiklərin fəaliyyətini dayandırdığı barədə məlumat vermişdik.

AZXEBER.COM virtualaz.org-a istinadən bildirir ki şəhərin Səməd Vurğun, Rəsul Rza, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli kimi mərkəzi küçələrində fəaliyyət göstərən brend geyim mağazaları fəaliyyətini dayandırıb və bu obyektlərin üzərində "icarəyə verilir" elanları asılıb.

Müştəri qıtlığı və böhranla üzləşib fəaliyyətini dayandıran bu mağazaların sirasına yeniləri qoşulub. Yəni təkcə brend mağazalar yox, başqa bir çox iaşə obyekti də qapılarını birdəfəlik bağlamalı olub.

Belə ki, bu gün şəhərin Azadlıq prospekti, Süleyman Rüstəm, Rəşid Behbudov, Salatın Əsgərova, Şamil Əzizbəyov, Ceyhun Hacıbəyli küçələrində də qapısından "işləmir" məzmunlu elan asan kifayət qədər ticarət və iaşə obyektinə rast gəlmək olar. Onların sayı da az deyil.

Özü də fəaliyyətini dayandıran isə təkcə geyim mağazaları deyil. Siyahıda kafe, çayxana, optika və gözəllik salonları, toy təşkilatçılığı ilə məşğul olan şirkətlər, turizm şirkətləri də var.

Səbəblər müxtəlifdir. Amma fakt budur ki, mağazaların bağlanması halları əsasən bu ilin əvvəlində manatın devalvasiyasından sonra artıb. İaşə obyektlərinin fəaliyyətini dayandırması da devalvasiyadan sonraya təsadüf edir.

Məsələn, Zorge parkının yanında yerləşən gəlinlik paltarı mağazasını misal çəkmək olar. Obyekt sahibi virtualaz.org saytının müxbiri ilə söhbətində mağazanın 4 aydır ki, fəaliyyətini dayandırdığını bildirdi.

Rəşid Behbudov küçəsində yerləşən digər bir obyektin sahibinin sözlərinə görə isə həmin yerdə əvvəl turizm şirkəti olub. 8 ildən çox fəaliyyət göstərən şirkət 5 ay əvvəl bankrot olub.

Ceyhun Hacıbəyli küçəsində yerləşən və əvvəllər gözəllik salonu olmuş obyektin sahibi isə buranın 2 ay əvvəl fəaliyyətini dayandırdığını bildirdi.

Hamısında da səbəb eynidir - müştəri qıtlığı və oxşar obyektlərin bolluğu.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"