Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən uşaq mağazasında oğurluq hadisəsi baş verib.
Mağaza sahiblərinin AZXEBER.COM-a göndərdiyi videoda oğurluğu edən şəxslərin üzləri görünür. Oğurluğa gələn şəxslər əvvəlcə mağazada gəzinir. Sonra isə onlar mağazanın boş olmasından istifadə edərək piştaxtanın üstündəki “Samsung Galaxy” markalı telefonu oğurlayırlar.
Təhlükəsizlik kamerasının dəqiqəbədəqiqə lentə aldığı həmin görüntüləri təqdim edirik: