Bakıda mağazadan xeyli sayda mobil telefon və pul oğurlanıb. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Nəsimi rayonunda Kamil Nəzərova məxsus mağazadan 438 manat pul və 25 ədəd mobil telefon oğurlayan Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rəşad İsgəndərli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır