Hadisə Sabunçu rayonu ərazisində baş verib
Bakının Sabunçu rayonu ərazisində mağazaya silahlı basqın olub. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, naməlum şəxslər Ziyad Əliyevi ov tüfəngi və bıçaqla hədələyərək, kassadan 190 manat pul aparıb. Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən İlham Məlikov və Əbülfət Quluzadə tutulub. Ə.Quluzadədən 1 ədəd “Vinçester” tüfəngi, 0,557 qram heroin, İ.Məlikovdan isə 0,557 qram heroin götürülüb.