Bakıda mal-qara üçün keçidlər tikiləcək

Bakıda mal-qara üçün keçidlər tikiləcək
Bütün Xəbərlər
08:01 04.09.2012
956
Paytaxtın bəzi ərazilərində artıq sürücüləri yollardan keçən heyvanlar narahat etməyəcək. Belə ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən magistral yolun ətrafındakı ərazidə əhalinin heyvandarlıq təsərrüfatı ilə məşğul olduğu nəzərə alınaraq, həmin hissədə mal-qaranın təhlükəsiz hərəkətini təmin etmək üçün 4 ədəd keçidin inşası nəzərdə tutulub. İrimiqyaslı yeni layihəyə həmçinin paytaxtın tıxac problemini minimuma endirmək üçün iritonnajlı yük avtomobilərinin şəhərə daxil olmadan şimal istiqamətinə hərəkətini təmin edəcək yol qovşağının tikintisi də daxildir. Artıq yeni yolun 35-kmlik hissəsinə ikiqat asfalt örtüyü döşənib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, burada 11 körpü, 8 dayanacaq, 4 heyvan keçidi, 60-dan artıq düzbucaqlı və dairəvi su ötürücü boruların tikintisi nəzərdə tutulub. O bildirib ki, hazırda işlərin 70 faizi görülüb. Paytaxtın nəqliyyat sistemində köklü dəyişikliyə səbəb olacaq bu nəhəg tikilidə təmir işləri bu ilin sonunda yekunlaşaca
OXŞAR XƏBƏRLƏR