Bakıda sərnişindaşıma ilə məşğul olan avtobuslarda tez-tez qeyri-adi elan və xahiş lövhələrini görmək artıq adi hal alıb.Avtobuslarda sərnişinlərin özlərini cibgirlərdən qorumaq, əşyalarını itirməmək, sürücülərə mane olmamaq, dayanacaqdan kənar saxlamağı xahiş etməmək, salonu zibilləməmək və sair məzmunlu elanlar yapışdırılır.Sərnişin avtobuslarından birində isə salonun zibillənməməsi üçün maraqlı məsləhət də verilir: “Xahiş olunur Avtobusda yediklərinizi qabığıyla birlikdə yeyin!” Belə bir elan barədə məlumat bu gün facebook sosial şəbəkəsində yayılıb…