Bakıda marşrut sahiblərinə sərt - XƏBƏRDARLIQ

Bakıda marşrut sahiblərinə sərt -  XƏBƏRDARLIQ
Bütün Xəbərlər
12:53 10.01.2014
810
"Sərnişin avtobuslarının yol nəqliyyat hadisələrinin iştirakçısı olması, qəza törətməsi hallarına qarşı sərt tədbirlər görüləcək. Artıq bununla bağlı yeni ildən Nəqliyyat Nazirliyi tərəfindən xətt sahiblərinə xəbərdarlıq edilib".Bu məlumatı açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovverib.N. Həsənov bildirib ki, marşrut sahiblərinə sürücüləri işə götürərkən diqqətli olmağı, peşəkarların işə cəlb etmək tələbi qoyulub:"Xətt sahiblərinin sayının azaldılaraq 32-ə çatdırılması bu istiqamətdə görülən tədbirlərdən idi. Amma sahibkarlara bu ildən daha sərt formada xəbərdarlıq edilib ki, sərnişin avtobuslarında sürücülərin işə qəbuluna ciddi nəzarət etsinlər. Sürücülük təcrübəsi və müvafiq kateqoriyası olmayanlar sərnişin avtobuslarının sükanı arxasına əyləşə bilməzlər. Belə hallar üzə çıxarsa, xətt sahibləri də cəzalandırılacaqlar. Düzdür, dünyanın heç bir yerində qəzalarda sərnişin avtobusları sığortalanmayıb. Amma belə hallar hansısa xətdə dəfələrlə təkrarlanırsa, həmin xətt sahibkarın əlindən geri alınacaq".
OXŞAR XƏBƏRLƏR