Bakıda maşın hasara çırpıldı: 1 ölü, 4 yaralı

Bakıda maşın hasara çırpıldı: 1 ölü, 4 yaralı
Bütün Xəbərlər
14:25 25.09.2013
827

Bakıda ağır yol qəzası baş verib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam Buzovna-Maştağa yolunda saatlarında qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Emin Mikayılov idarə etdiyi 10 SC 096 dövlət nömrə nişanlı, “Opel” markalı avtomaşını yolun kənarındakı hasara vurub.

Nəticədə E. Mikayılovun sərnişini Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Fəttah Əhmədov hadisə yerində ölüb, sürücü və avtomobildə olan digər sərnişinləri Nizami Əhmədov, Elçin Ələmov və Əlizamin Əhmədzadə isə ağır xəsarətlə 3 saylı Klinik Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR