Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AZXEBER.COM xəbər verir ki, Neftçilər prospekti 83 ünvanında 2004-cü il təvəllüdlü İsmayılov Əlvan Heybət oğlu idarə etdiyi "Honggi” markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Zeynalzadə Yəhya Fuad oğlunu vurub.
Motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.