Bakıda maşın sərnişin avtobusuna çırpıldı - FOTOLAR

Bakıda maşın sərnişin avtobusuna çırpıldı -  FOTOLAR
Bütün Xəbərlər
15:57 12.11.2014
910
Bu gün saat 12 radələrində Bakının mərkəzində, Mirəli Qaşqay küçəsi, 56 ünvanında, parkın yanında sərnişin avtobusu qəzaya uğrayıb.Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinn ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində 5 maşın əzilib.“Normal sürətlə hərəkət edən 88 saylı, “Daewoo” markalı, 10 TG 835 nömrə nişanlı avtobus işıqforun yaşıl işığında olarkən, qarşı tərəfdən “Hyundai” markalı maşın qırmızı işıqdan sürətlə gəlib. Maşın avtobusa çırpılaraq yaxınlıqda olan digər maşınlara dəyib”, - deyə Vüqar İbrahimli bildirib.Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.Məsələyə aydınlıq gətirmək üçün avtobusu idarə edən şirkətlə əlaqə saxladıq. Şirkətin rəhbəri Etibar Manafovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə “Hyundai” markalı maşının sürücüsünün günahı ucbatından baş verib.“Hazırda hadisəni araşdırma üçün müşahidə kameraları araşdırılır. Xoşbəxtlikdən hadisədə xəsarət alan olmayıb. Qəzanın baş verməsində minik maşınının sürücüsü günahkar olub”, - deyə Etibar Manafov bildirib.FOTO: Avtosfer.az 
OXŞAR XƏBƏRLƏR