Bakıda maşın süpürgəçini vurub öldürdü

SOSİAL
10:57 06.05.2020
1595
Bakıda ölümlə nəticələnən qəza baş verib.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, S.Dadaşov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1972-ci il təvəllüdlü E.Mirağayevə məxsus parklanmış "Opel Zafira” markalı avtomobil yoxuşdan düşərək, yaxınlıqdakı şəhərcikdə süpürgəçi işləyən M.Məmmədlini vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi üzrə cinayət işinə başlanılıb.

OXŞAR XƏBƏRLƏR