Bakıda yolun hərəkət istiqamətindən keçən piyadanı maşın vurub.
AZXEBER.COM xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində (Olimpiya Stadionunun yaxınlığında) baş verib.
Yolu keçən şəxs piyadalar üçün qadağan olunmuş hissədən yolu keçməyə cəhd edib. Nəticədə piyadanı "Mercedes E-class” markalı avtomobil vurub.
Vurulan şəxs ciddi xəsarətlər aldığından hadisə yerindəcə dünyasını dəyişib.