Müşfiqabad qəsəbə sakininin üzərində zorakılıq əlamətləri olmayan meyiti tapılıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, iyulun 7-də Qaradağ rayonu Müşfiqabad qəsəbəsinin ərazisində qəsəbə sakini Novruz Novruzovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
N.Novruzovun meyiti ona məxsus "Hyundai" markalı avtomobildə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.