Bakıda maşından 14 min manat oğurlandı

Bakıda maşından 14 min manat oğurlandı
Bütün Xəbərlər
14:28 22.05.2012
1423

Oğurluğun üstü 15 gün sonra açılıb

Bakıda maşının yük yerindən külli miqdarda pul oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə 20 yanvar küçəsində qeydə alınıb. Bakı şəhər sakini İmdad Əhmədova məxsus "Hunday" markalı avtomobilin yük yerindən açar seçmə yolu ilə 14 min manat oğurlanıb. Nəsimi RPİ Cinayət Axtarış Şöbəsinin və 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini Elsevər Abdullayev mayın 21-də tutulub.

OXŞAR XƏBƏRLƏR