Bakıda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın etdilər

Bakıda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın etdilər
Bütün Xəbərlər
12:48 24.06.2014
1786
Bakının Suraxanı rayonunda yanacaqdoldurma məntəqəsinə basqın olub. 
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, basqın edəb şəxslər maskalı olublar.
Hadisə Qaraçuxur qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Yanacaqdoldurma məntəqəsinə daxil olan 4 nəfər naməlum şəxs orada işləyən 26 yaşlı Elvin Kərimov və 21 yaşlı Röyal İsmayılovu hədələyiblər. Daha sonra onlar seyfdə olan 5000 manat pulu oğurlayıblar.
Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR