Bakıda “Mavi Mərmərə” qalmaqalı yaşandı

Bakıda “Mavi Mərmərə” qalmaqalı yaşandı
Bütün Xəbərlər
08:43 17.10.2011
1806

AZXEBER.COM-un məlumatına görə, Asiya Dialoqu İctimai Birliyinin təşkil etdiyi “Mavi Mərmərə ilə azadlığa” adlı beynəlxalq tədbir oktyabrın 17-də saat 11-də “Park İNN” otelində keçiriləcək. Lakin tədbirin təşkilatçısı, Asiya Dialoqu İctimai Birliyinin rəhbəri Sevil Nuriyeva “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, "Park İNN" otelinin nümayəndəsi onunla əlaqə saxlayaraq, tədbirin həmin oteldə baş tuta bilməyəcəyini deyib. Buna səbəb kimi oteldə elektrik xətlərinin partlamasını göstərib.

Xatırladaq ki, tədbir “Mavi Mərmərə” gəmisində baş verən olaylardan sonra gərginləşən Türkiyə-Israil münasibətlərinə həsr edilib. İsrail ordusunun ötən il mayın 31-də Fələstinin Qəzza sektoruna humanitar yardım aparan Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmi karvanına hücumu yaddaşlardan silinməyib. 6 gəmidən ibarət karvana hücum edən İsrail hərbçiləri gəmilərdə olan 70 dinc könüllüdən 9 nəfəri qətlə yetirmişdilər. “Mavi Mərmərə” olaylarının şahidlərindən bir neçəsinin Bakıya gətirilməsini isə S.Nuriyevanın rəhbəri olduğu “Asiya Dialoqu” İctimai Birliyi təşkil edib. Tədbirdə müxtəlif ölkələrdən qonaqların iştirakını və baş verənlərin xarici mətbuatda müzakirə mövzusuna çevrilmək ehtimalını nəzərə alan təşkilatçılar çıxış yolunu başqa bir məkan tapmaqda görüblər. Dünən “Avropa” oteli ilə razılığa gəlmək mümkün olub. Beləliklə, “Mavi Mərmərə ilə azadlığa” adlı tədbir əvvəlcədən planlaşdırıldığı gündə və saatda, sadəcə, fərqli məkanda - “Avropa” otelində keçiriləcək. Sevil Nuriyeva “Azadlıq” qəzetinə deyib ki, onlara “Park İNN”də tədbirin baş tutmayacağı bildiriləndə bu xəbərə həm təəccüblənib, həm də yox. Tanınmış jurnalist göstərilən səbəbin nə dərəcədə real olduğunu öyrənmək məqsədilə özü araşdırma aparıb. Amma məlum olub ki, “elektrik xətlərinin partladığı” məkanda başqa bir tədbir keçirilir. Odur ki, Sevil Nuriyeva bu məsələdə hansısa qüvvələrin əlinin olduğunu istisna etmir: “Hesab edirəm ki, bu, bəzi maraqlı qüvvələrin fəaliyyətinin nəticəsi ola bilər. Amma kimin? Necə? Bu barədə yalnız ehtimallarla danışmaq olar. Bunu qəti şəkildə deyə bilərəm ki, belə bir tədbiri pozmaq cəhdi beynəlxalq səviyyədə Azərbaycanın əleyhinə yönələ bilərdi. Bu pozuntu, maneçilik nəticəsində tədbir ümumiyyətlə təxirə salınsaydı, heç şübhəsiz ki, baş verənlər Türkiyə və digər ölkələrin mətbuatında müzakirə mövzusuna çevriləcəkdi, müxtəlif nəticələr çıxarılacaqdı. Son nəticədə də bütün bunlar Azərbaycanın əleyhinə yönələcəkdi. Bütün bunların qarşısını almaq üçün tələsik Avropa otelilə problemi yoluna qoymağa çalışdıq və çox yaxşı ki, buna nail olduq”. S.Nuriyeva “Yeni Müsavat”ın müxbinə deyib ki, tədbir keçirilməsinə yaradılan maneənin Azərbaycan hakimiyyəti ilə bağlı olduğuna inanmır. Onun fikrincə, həm Belçika, həm İsveçdən gələn qonaqlara vizanın verilməsində Xarici İşlər Nazirliyinin də dəstəyi ilə Azərbaycanın həmin ölkələrdəki səfirlikləri operativlik göstərib: “Adamların yersiz qorxusu versiyası daha ağlabatandır. Daha dəqiq desək, bunu situasiyadan narahat olan qüvvələrin narahatçılığı da adlandırmaq mümkündür. İsim çəkmək və yönləndirmək fikrim yoxdur. Sadəcə burada baş verən maneəyə görə bu hadisə fərqli rəng ala bilərdi. Burda tədbiri keçirməklə yanaşı mənimçün Azərbaycanın adına və duruşuna kölgə düşməməsi maraqlıdır. Çalışdım ki, ortadakı maneəyə baxmayaraq çıxış yolu tapaq və bu olay skandala çevrilməsin; Türkiyə və Avropa mətbuatının dilinə düşməsin. Xoş məramla bir şey etməyə cəhd etdim. Bunun fərqli şəkil alması ehtimalı məni ən əsas narahat edən amildir”. S.Nuriyeva dəvətlilərə zəng vurub, tədbirin yeri ilə bağlı dəyişikliyi onların nəzərinə çatdırdığını dedi. Bu arada müsahibimiz bildirdi ki, "Park İNN" otelini də məhkəməyə verəcək: “Artıq hüquqşünaslarla danışmışam. Söhbət təkcə tədbirdən getmir. Söhbət bu cür konfrans zalı sahibinin belə məsələlərə məsuliyyətsiz münasibətindən gedir. Məqsədimiz odur ki, bu sayaq olay bir daha təkrarlanmasın. Demokratik dəyərləri yaşadırıq, iddiamızla davranışımız mütənasiblik təşkil etməlidir. Addımlarını düşünərək atsınlar. Bu kiçik addım bizim üzərimizə böyük problem olaraq qayıda bilərdi”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"