Bakıda Mayamini xatırladan park qurulur - FOTOLAR

Bakıda Mayamini xatırladan park qurulur -  FOTOLAR
Bütün Xəbərlər
12:02 20.02.2013
2564

“Heydər parkı” əsaslı təmir olunur

Bakı şəhərində daha bir park yenidən qurulur. Milli.az-ın məlumatına görə, Nəsimi rayonu, 2-ci mikrorayon ərazisində qurulan möhtəşəm park ilk baxışdan Mayamini xatırladır. Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, R.Məmmədov küçəsində yerləşən “Heydər parkı” əsaslı təmir olunur. Artıq təmir işlərinə başlanıb. Parkda təmir çərçivəsində işıqlandırma sistemi, oturacaqlar quraşdırılacaq. Döşəmə yenidən qurulur. Bu il ərzində təmirin başa çatdırılması planlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR