Bakıda 56 yaşlı kişi özünü dördüncü mərtəbədən ataraq intihar edib
AZXEBER.COM xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Mirəli Qaşqay küçəsi-98 ünvanında yerləşən 4 saylı yataqxanada qeydə alınıb.
Zəngilan rayonundan olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Ərşad Əhmədxan oğlu Məmmədov özünü yataqxananın dördüncü mərtəbəsindən ataraq intihar edib.
Polisdən Ə.Məmmədovun bir neçə dəfə intihara cəhd etdiyi bildirilib.