Apreli 15-i Bakıda bir qrup məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında aksiya keçirib. Nəticədə əraziyə çoxlu sayda polis qüvvəsi cəlb olunub.
Yolu bağlamaq istəyən sakinlərə polis müdaxilə edib. Füzuli sakini Əhəd Məmmədlinin “musavat.com” a verdiyi məlumata görə, onlar dövlət komitəsi tərəfindən verilən evlərdən narazıdırlar: “Ailədə 6 nəfərik. Bizə iki otaqlı ev veriblər. Biz o evlərdən imtina edirik. Kim pul vermişdisə onlara 3-4 otaqlı mənzillər payladılar”.
Aksiya keçirən məcburi köçkünlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüş tələb ediblər. Aksiya keçirən köçkünlərin nümayəndəsi komitə sədri ilə görüşdürülüb. (musavat.com)