Bakıda məcburi köçkünlərin yataqxanası yandı

Bakıda məcburi köçkünlərin yataqxanası yandı
Bütün Xəbərlər
11:46 04.02.2014
524
Birinci çağırışla hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub
Bu gün saat 10:50 radələrində Bakının Binəqədi rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən əmlumata görə, birinci çağırışla hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub.
Hadisə yerinə gedən yanğınsöndürənlər alovu ram edə biliblər. Dövlət Yanğından Mühafizə Xidmətindən verilən əmlumata görə, yanğın demək olar ki, söndürülüb.
Hadisə nəticəsində xəsarət alan barədə məlumat verilmir.
Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, yanğın elektrik qısaqapanmasından baş verib. Hazırda hadisə yerində yanğınsöndürənlər, xilasedicilər cəlb olunub.
OXŞAR XƏBƏRLƏR