Bakıda məcburi köçkün bədbəxt hadisə nəticəsində ölüb. Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1989-cu il təvəllüdlü Ağdam rayonundan olan məcburi köçkün Əliş Məhəmməd oğlu Bəxtiyarov kirayə yaşadığı mənzildə elektrik cərəyanının vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.