Bakıda məhkəmə binası qarşısında insident: 4 polis yaralandı

Bakıda məhkəmə binası qarşısında insident: 4 polis yaralandı
Bütün Xəbərlər
11:40 29.10.2013
1789
Bakıda polislə bir qrup şəxs arasında qarşıdurma olub. Bakıxanov qəsəbəsində, Sabunçu rayon Məhkəməsinin inzibati binasının qarşısında bir qrup şəxs Penitensiar xidmətin xüsusi avtomobili ilə məhkəmə binası qarşısına gətirilən məhbusların binaya daxil olmasına imkan verməyib. Həmin şəxslər Ədliyyə Nazirliyinə məxsus olan avtomobili dövrəyə alıblar.AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayon məhkəməsində ilahiyyatçı Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesi öncəsi baş verib. Məhkəmə prosesinin açıq keçirilməsinə baxmayaraq, məhkəmə zalını və həyətini tərk olunmasını tələb edən dövlət məmurları ilə məhkəməyə gəlmiş vətəndaşlar arasında problem yaranıb. Hadisə ilə əlaqədar bir neçə şəxs saxlanılıb.Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, T.Bağırovun yaxınları və tərəfdarları məhkəmə zalında müxtəlif şüarlar səsləndirməklə, ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin normal işini pozmağa cəhd ediblər. Onlar Ədliyyə Nazirliyi işçiləri və polis əməkdaşlarının intizama dəvət edən qanuni tələblərinə tabe olmayaraq, məhkəmənin həyətində bu hərəkətləri davam etdirib, hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd göstəriblər.
OXŞAR XƏBƏRLƏR