Bakıda məhkum qadın intihar etdi

Bakıda məhkum qadın intihar etdi
Bütün Xəbərlər
11:42 28.08.2012
1329
Bakı şəhərində yerləşən və qadınların cəza çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsində intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, saat 09.00 radələrində məhbus, 1960-cı il təvəllüdlü Əliyeva Naibə Qəzənfər qızının yataqxanada mələfə ilə asılı vəziyyətdə olan meyidi tapılıb. Belə ki, qadın mələfəni çarpayıya dolayaraq özünü asıb.Qeyd edək ki, intihar etmiş məhbus Cinayət Məcəlləsinin 206 (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələr) maddələri ilə 2011-ci ildə təqsirli bilinib. O, İrandan Azərbaycana narkotik vasitə keçirərkən tutulub və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR