Bakıda məhkumdan mobil telefon götürülüb

Bakıda məhkumdan mobil telefon götürülüb
Bütün Xəbərlər
14:07 09.12.2013
524

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyalar aşkar olunub.

Trend Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bu gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.3; 177.2.1; 177.3.1; 177.3.2; 194.2.4 maddələri ilə təqsirli bilinərək həbs olunmuş şəxs Elçin Tariyel oğlu Abdullayevin əşyalarına və üzərinə baxış keçirilərkən yataq yerindən daxilində "Cin" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR