Bakıda məktəb tikənin oğlunu kim öldürdü? - TƏFƏRRÜAT - FOTO

Bakıda məktəb tikənin oğlunu kim öldürdü? - TƏFƏRRÜAT - FOTO
Bütün Xəbərlər
13:52 07.05.2015
2544
Ağcabədi rayonunda gənc oğlanın baltalanması ilə bağlı müəmma getdikcə artır. İki gün əvvəl gecə rayonun Aşağı Avşar kəndində 30 yaşlı Saqibət Qədimovu nə öldürənlər tutulub, nə də qətli yaradan səbəb açıqlanır.
Məlum olan odur ki, mərhum S.Qədimov öz ailəsi ilə Bakı şəhərində yaşayırmış. Dünən dayısının il mərasimi üçün kəndə gəliblər. Gecə isə amansız cinayət törədilib. Həyat yoldaşı və iki azyaşlı övladı ilə evin birinci mərtəbəsində yatan S.Qədimovu balta ilə qətlə yetiriblər. Öz xanımı ilə yatan S.Qədimovu öldürən zaman səsə həyat yoldaşı oyanıb. O, əlində balta olan şəxsi qapıdan çıxanda görə bilib. Naməlum şəxs balta ilə Saqibətin baş və boynundan vurduğu zərbə ilə onu elə yuxuda ikən o dünyaya göndərib. Cinayət baş verən anda Saqibətin uşaqları və həyat yoldaşından başqa evin ikinci mərtəbəsində valideynləri olub. Mərhumun qızıl üzüyü və saatı stolun üstündə qalıb və cinayətkarlar evdə heç nəyə toxunmayıblar.
Ən maraqlı hallardan biri odur ki, evdə quraşdırılan 8 kameranın hər biri söndürülüb və cinayətkarların görüntüləri qeydə alınmayıb. S.Qədimovun qaynatası Səhliman kişi də hadisə barədə Milli.Az-a açıqlamasında qətllə bağlı tutarlı məlumat verməyib: “Hələ ki heç nə məlum deyil. Rəis, prokuror hamısı burada. Evdən heç nə aparmayıblar, evin kameralarını kəsiblər. Bizə də hər şey qaranlıqdır”.
Milil.Az-ın əldə etdiyi məlumata görə, S.Qədimov normal imkanı olub. Atası Bakı şəhərində məktəb tikintisi ilə məşğul olurmuş. Rayon Prokurorluğu da istintaq sirri olduğundan məlumat vermək istəmir.
OXŞAR XƏBƏRLƏR