14:19
Təxminən yarım saat əvvəl Bibiheybətdə güclü yanğın başlayıb.
Yanğının Azərbaycan Dövlət Neft Şirkətinin məktəbində baş verdiyi barədə məlumat yayılıb.
Lakin şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Gün.Az-a bildirib ki, yanğın məktəbdə deyil, məktəbin arxasında zibillikdə baş verib.
“Həmin ərazidə hazırda inşaat işləri aparılır. Yanğının güclü küləkdən baş verdiyi ehtimal olunur. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti birqadaları da yanğının söndürülməsi üçün hadisə yerinə cəlb edilib. Həmin ərazisinin SOCAR-a heç bir aidiyyatı yoxdur”-deyə, o əlavə edib.
14:03
AZXEBER.COMAPA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, yanğın Bibiheybət məscidinin yaxınlığında fəaliyyət göstərməyən uşaq bağçasında qeydə alınıb. Yanğın bağçanın alkapondan olan üzlük hissəsində qeydə alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dörd yanğınsöndürən avtomobili və canlı qüvvəsi alovun söndürülməsi istiqamətində iş aparır.
13:54Hadisə ilə bağlı əraziyə çoxlu sayda yanğınsöndürən maşınlar göndərilib. Yanğın Neft Şirkətinin tikdirdiyi məktəbdə baş verib.13:42AZXEBER.COM-un məlumatına görə hadisə 20-ci sahə adlanan ərazidə baş verib.
Neft şirkətinə məxsus məktəbdə güclü yangın baş verib. Hal-hazırada yanğın baş verən yerə çoxlu sayda yanğınsöndürən maşınlar gəlib.
Hadisənin təfərrüatı barədə yaxın saatlarda ətraflı məlumat verəcəyik.




