Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü

Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
SOSİAL
10:59 28.10.2026
543
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
 
AZXEBER.COM Oxu.az-a istinadla xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.

Hadisə nəticəsində şagird həyatını itirib.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.

"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib. 

Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb - açıqlamada bildirilib.
OXŞAR XƏBƏRLƏR