Bakıda məktəbli yoldaşına kəsici alətlə xəsarət yetirən şagird saxlanıldı

Bakıda məktəbli yoldaşına kəsici alətlə xəsarət yetirən şagird saxlanıldı
KRİMİNAL
17:34 04.12.2024
836
Bakıda məktəbdə şagird yoldaşını bıçaqlayan yeniyetmə saxlanılıb.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digərinə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR