Bakıda mənzildən 46 min dollar oğurlanıb

Bakıda mənzildən 46 min dollar oğurlanıb
KRİMİNAL
12:01 27.09.2013
2467
Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə sentyabrın 24-də Keşlə qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini Gülcamal Hüseynovanın içərisində 46 min ABŞ dolları olan əl çantası onun qonaq gəldiyi Taleh Seyidovun kirayədə yaşadığı Keşlə qəsəbəsindəki evdən oğurlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Taleh Seyidov Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.

OXŞAR XƏBƏRLƏR