Bakıda mənzildən çılpaq qadın meyiti tapıldı: Qətlə yetirildiyi məlum oldu - TƏFƏRRÜAT

HADİSƏ
11:25 01.06.2021
7326
Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən mənzildə meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

AZXEBER.COM xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 29, mənzil 12-də qeydə alınıb.

Ordubad rayon sakini 1990-ci il təvəllüdlü Turanə İldırım qızı Cəfərovanın bədəninin müxtəlif nahiyələrində qançır izləri və elektrik naqili ilə boğularaq qətlə yetirilmiş çılpaq meyiti kirayədə qaldığı mənzildə aşkarlanıb.

Faktla bağlı Sabunçu Rayon Prokurluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR