Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı
Bütün Xəbərlər
13:10 27.03.2012
1113
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1932-ci il təvəllüdlüPetrov İosif Kirilloviçköməksiz vəziyyətdə qalıb.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən İ.Petrovun cəsədi aşkar olunub.
OXŞAR XƏBƏRLƏR