Bakıda “Mercedes” 5 maşınla toqquşdu

Bakıda “Mercedes” 5 maşınla toqquşdu
Bütün Xəbərlər
10:58 19.10.2011
1566
Ötən gecə paytaxtın Xətai rayonu Gəncə prospektində yol nəqliyyat hadisəsi baş verib. Qəza Ruslan Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomaşının qəfildən idarəetməni itirməsi nəticəsində baş verib. Qəza zamanı “Mercedes” yolun kənarında dayanan daha 5 maşına çırpılıb. Qeyd edək ki, qəza zamanı əzilən avtomaşınların sahibləri hadisə yerinin yaxınlığındakı şadlıq evində toyda olublar. Sürücü Ruslan Hacıyevin ehtiyatsızlığı 4 “Vaz” və bir “Mercedes”in əzilməsinə səbəb olub. Qəzanın səbəb olduğu “Mercedes”in sürücüsü Ruslan Hacıyev isə hadisənin idarə etdiyi maşının əyləc sistemində baş verən nasazlıq səbəbindən meydana gəldiyini, avtomobillərə dəyən zərəri ödəməyə hazır olduğunu bildirib. Qəzanın baş vermə səbəblərin araşdırmaq üçün hadisə yerinə Xətai rayon polis idarəsinin əməkdaşları cəlb edilib. Xətai rayon polis idarəsinin təhqiqatçısı Təyyar Süleymanov, “Mercedes”in sürücü Ruslan Hacıyevin qəza zamanı sərxoş olub olmadığını müəyyən etmək üçün ekspertiza təyin edildiyini bildirib.
OXŞAR XƏBƏRLƏR