Bakıda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə sentyabrın 4-də saat 09.30 radələrində Bakının Nizami rayonu, Babək prospekti 2224-cü məhəllənin yaxınlığında qeydə alınıb. Keşlə qəsəbə sakini, 1979-cu il təvəllüdlü Əzizov Ramin Vilayət oğlu idarə etdiyi «Mercedes» markalı, 90 KU 420 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada - Keşlə qəsəbə sakini, 1957-ci il təvəllüdlü Şahverdiyeva Svetlana Ağalar qızını, sonra isə idarəetməni itirərək yolun kənarında dayanan, təxminən 45-50 yaşlı və 25-27 yaşlı, adları məlum olmayan iki piyadanı vurub. Qəza nəticəsində hər üç piyada yerindəcə ölüb. Qəzaya səbəb olan «Mersedes» markalı avtomobilin sürücüsü saxlanılıb, araşdırmalar davam etdirilir.