Bakıda məscid axundu öldürüldü - Tanınmış dindar ailədə faciə

Bakıda məscid axundu öldürüldü - Tanınmış dindar ailədə faciə
SOSİAL
11:35 01.04.2019
16907
Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.

AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb.

Hüseynbala hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Sözügedən şəxslər tanınmış dindar, eyni zamanda Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini olmuş Hacı Mehdinin qardaşlarıdır. Hacı Kamran özü də dini çevrələrdə tanınan sima idi.

OXŞAR XƏBƏRLƏR