Bakıda məşhur idmançı gecə klubunda qız döydü – FOTO

Bakıda məşhur idmançı gecə klubunda qız döydü – FOTO
Bütün Xəbərlər
14:44 25.05.2015
6846

“Məni 99 HN 999 nömrəli avtomobilə saldı”.

Bakıdakı karaoke klublarından birində əlbəyaxa döyüş ustası gücünü qadın üzərində sınayıb. Olayın maraqlı yönü odur ki, döyülən qadın da idmançıdır.

Hadisə ötən gecə Yasamal rayonu ərazisində yerləşən məşhur “Famous” karaoke-klubda baş verib.

Elvira Əliyeva saat 03 radələrində karaoke-klubda rəfiqəsi Diana Babayeva ilə əylənirmiş. Elvira mahnı oxuyan zaman qaydasız döyüş üzrə çempion olan İsa Əzizov onlara qarşı gözlənilməz addım atıb.

 AZXEBER.COM xəbər verir ki, hadisə barədə zərərçəkmiş E.ƏliyevaMilli.Az-a açıqlamasında başına gələnləri belə nəql etdi:

“Mahnı oxuyurdum, hiss edirdim ki, həmin İsa mənə baxır. Ayaqyoluna gedəndə qapını açdım və içəridə onu gördüm. Dedi ki, tanıyırsan məni, "xeyr" cavabı verdim. Əvvəl dedi, bir məktəbdə oxumuşuq, sonra bir yerdə məşq etdiyimizi bildirərək tanış olduğumuzu mənə göstərmək istəyirdi.

Yenə də onu tanımadığımı bildirdim. Əli ilə də qapını elə tutmuşdu ki, çıxa da bilmirdi. Mənə qayıtdı ki, yaxşı fikirləş. Dedim ki, qardaş, tanımıram, tanımaq da istəmirəm. Rəfiqəm gəlib məni öz yerimə apardı. Rəfiqəmə “ağıllı ol” dedi. Stolumuzda oturanda mənə yaxınlaşdı və sillə vurdu. Durub itələdim, bundan sonra yumruq və təpiklər başladı. Huşumu itirmişəm və məni salondan çıxararaq ayaqyolunun qabağına atıblar. Yanımızda oğlan vardı, o da İsa Əzizova nəsə deyəndə gözlənilməz zərbə aldı. İsa onu bir zərbə ilə yerə yıxıb təpikləməyə başladı. Diana gəlib məni tualetin qarşısında ağız-burnumu qan içində görüb”.

E.Əliyevanın başına gələnlər bununla da bitməyib. Zərərçəkmiş əlavə etdi ki, İsa onu tualetə salıb bağlamaq istəyirmiş, ancaq dostları yaxınlaşıb polis gəldiyini deyəndən sonra fikri dəyişib:

“Sonra məni “Gelandewagen” markalı, 99 HN 999 markalı avtomobilə saldı. Rəfiqəm klubun mühafizəçiləri və polislərdən kömək istəsə də, aldığı cavab “sən ağzını yum” olub”.

Birtəhər canını qurtaran E.Əliyeva 1 saylı Şəhər Xəstəxanasına gedib, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Bədənindən, başından xəsarət alan E.Əliyeva şəkillərini Milli.Az-a göndərib.

İddialara görə, İ.Əzizov məşhur bir şəxsin övladıdır və belə hərəkətləri bir neçə dəfə olub. Bir neçə gün əvvəl də “Skech lounge”da buna oxşar hadisə törədib.

İ.Əzizovun özü ilə əlaqə saxlamağa çalışsaq da, səylərimiz nəticə vermədi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq