Bakıda məşhur ticarət mərkəzində oğurluq

KRİMİNAL
13:38 04.03.2014
2411

“Park Bulvar” ticarət mərkəzindən gödəkçə oğurlayan şəxs tutulub

Bakıda məşhur ticarət mərkəzlərindən birindən oğurluq olub. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səbail rayonu ərazisində yerləşən “Park Bulvar” ticarət mərkəzində Sumqayıt şəhər sakini Kəmalə Ağakişiyevaya məxsus mağazadan 1 ədəd gödəkçə oğurlanıb. Şikayət əsasında polis axtarışa başalyıb.
Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən Bakı şəhər sakini Azər Qənbərli tutulub.

OXŞAR XƏBƏRLƏR