Bakıda metronun qarşısında uşaqlı qadını soyan kişini belə ələ keçirdilər – FOTOLAR

Bakıda metronun qarşısında uşaqlı qadını soyan kişini belə ələ keçirdilər – FOTOLAR
Bütün Xəbərlər
12:59 21.11.2013
4448

“Polis isə hələ gözə dəymirdi”.

Bu gün Bakı metropoliteninin “Nəsimi” stansiyası yaxınlığında qadının boyunbağısını oğurlayan şəxs tutulub.

AZXEBER.COM-un məlumatına görə,Anar Tağıyevadlı “facebook” istifadəçisi profilində qeyd edib ki, saat 11:30 radələrində “Nəsimi” metrosunun qarşısında yanında uşaq olan bir qadın qışqıraraq imdad istəyib.

Ətrafdakılar 30-35 yaşlı şəxsin qadının boyunbağısını qoparıb qaçmaq istədiyini görüb: “Hamı oğrunun dalınca qaçdı. Binəqədidəki bağçalardan birində onu yaxaladılar. Polis isə hələ gözə dəymirdi”.

OXŞAR XƏBƏRLƏR