Bakıda möhtəşəm istirahət parkı salınır - FOTOLAR

Bakıda möhtəşəm istirahət parkı salınır - FOTOLAR
Bütün Xəbərlər
09:20 10.01.2013
2270
Azadlıq prospektində yerləşən Heydər Əliyev parkı əsaslı təmir olunur. Hazırda tamamilə sökülən park müasir standartlara uyğun yenidən qurulur.
Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, parkda avtomobil saxlamaq üçün xüsusi yer nəzərdə tutulub. Həmin hissədə Almaniyadan gətirilmiş xüsusi texnologiyadan istifadə ediləcək. Bu texnologiya torpağın nəfəs almasına kömək edir, ekoloji baxımdan da təmizdir. Yaşıl örtüyün üzərində maşınlar sərbəst hərəkət edə biləcək.
Bundan başqa parkda xüsusi sifarişlə oturacaqlar yığılır.//milli.az
OXŞAR XƏBƏRLƏR