Motosikletin Bakının mərkəzi yolunda, Mərkəzi Neftçilər Xəstəxanasının ətrafında yol hərəkəti qaydalarını kobud şəkildə pozması qəzaya səbəb olub.Trend xəbər verir ki, motosikletin sürücüsü yolun eninə hərəkət edərək yolun digər istiqamətinə çıxmaq istəyib. Nəticədə mikroavtobusla toqquşub. Mikroavtobus motosikleti bir neçə metr sürüyüb.