Bakıda mikroavtobusla yük avtomobili toqquşub - ölən və yaralananlar var

SOSİAL
11:15 11.09.2020
291
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes” markalı mikroavtobusun yol kənarında dayanan "DAF” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

OXŞAR XƏBƏRLƏR

X Mostbet