Bakıda minik avtomobili 4 piyadanı vurub, ölən və xəsarət alanlar var

Bakıda minik avtomobili 4 piyadanı vurub, ölən və xəsarət alanlar var
Bütün Xəbərlər
10:12 24.04.2012
1481

Bakıda minik avtomobili yolun kənarındakı 4 piyadanı vurub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, Xətai rayonu Zığ şossesində "Mercedes" markalı minik avtomobili yolun kənarındakı 4 piyadanı vurub.

Piyadalardan biri hadisə yerində dünyasını dəyişib, 3 nəfər isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Hadisəni törədən sürücü saxlanılıb.

OXŞAR XƏBƏRLƏR