AZXEBER.COM-un məlumatına görə, konfransın məqsədi – mobil texnologiyalara fəal keçid vasitəsilə Azərbaycanın dünyanın informasiya texnologiyaları məkanına daha sıx inteqrasiyası, sahibkarların mobil kommersiya, mobil təlim kimi mobil həllərin tətbiqi sahəsində maarifləndirilməsidir.Tədbir Azərbaycanın mobiz.az. mobil biznes portalı tərəfindən təşkil edilib.Təşkilat komitəsinin məlumatına görə, konfransın işində Nokia, Microsoft, Beeline, Azerfon, Azercell, Timwe, General Mobile kimi nüfuzlu şirkətlərin nümayəndələri ekspert qismində iştirak edirlər.