Bakıda motor-şou zamanı qəza: yaralananlar var – Video

Bakıda motor-şou zamanı qəza: yaralananlar var – Video
Bütün Xəbərlər
16:30 17.07.2012
1474
Azərbaycanda ilk dəfə olaraq keçirilən “drag racinq” yarışında qəza baş verib. Gün.Az-ın məlumatına görə, “Riyad” Ticarət Mərkəzinin ərazisində “Azerbaijan Drag Racing Club”unun, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Jaguar” energetik içkisinin birgə təşkil etdiyi yarışda 40-dək idmançı iştirak edib. Yarışda maşınlar motor həcminə görə yeddi qrupu bölünüb. Yürüşdə ilk yeri tutan idmançılar növbəti mərhələyə adlayıblar. Qeyd edək ki, “Drag racing” yarışları əsasən 402 metr (1⁄4 mil) məsafədə keçirilsə də, təhlükəsizlik qaydalarını və ölkəmizdə ilk dəfə keçirildiyi nəzərə alınaraq ilk yürüş məsafəsi 201 metr (1⁄8 mil) olaraq müəyyənləşdirilib. Lakin bununla belə yarış qəzasız ötüşməyib. Belə ki, yarışda şou zamanı bir motosiklet müxtəlif manevrlər edən zaman idarəetməni itirərək digər motosikletlə toqquşub. Toqquşmada sonra kənarda dayanan bir neçə insanı da vuran motosiklet onlara xəsarət yetirib. Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olmadığı bildirilir.
OXŞAR XƏBƏRLƏR