Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən bildirir ki, iyunun 14-də Qaradağ rayonunun Sahil qəsəbəsində, Hacı Zeynalabdin Tağıyev küçəsində motosiklet və "Shacman" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Ramin Eyvazov ölüb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən faktı təsdiqləyiblər.